Tanınmış aparıcı ad günü məclisindən qayıdarkən həyatını itirdi – Video

Tanınmış aparıcı ad günü məclisindən qayıdarkən həyatını itirdi – Video

Hazırda oxunan: Tanınmış aparıcı ad günü məclisindən qayıdarkən həyatını itirdi – Video
649155
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VOYAH” markalı minik və yük avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların həyatını itirərək deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
 

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü, Kərimov Anar Alik oğlunun və sərnişin, Süleymanova Ada Ceyhun qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Ada Süleymanova “ARB TV”nin keçmiş aparıcısıdır. O, uzun müddət “Sən olsaydın” verilişinə aparıcılıq edib. Dünən onun doğum günü idi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO