Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

Hazırda oxunan: Zelenski İlham Əliyevə təşəkkür etdi – FOTO

632989

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə ölkəsinin müstəqilliyinin 35-ci ildönümü ilə bağlı təbrikə görə təşəkkür edib.

Bzim.Media xəbər verir ki, Zelenski “X” hesabında Azərbaycan Prezidentinin təbrik məktubunun fotosunu yayımlayıb.

“Cənab Prezident, Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dair mövqeyi hər zaman qəti olub və buna görə biz bunu həmişə yüksək qiymətləndirmişik.

Birlikdə, uzun illər ərzində sınaqdan çıxmış iqtisadi əməkdaşlığımızı daha da inkişaf etdirir, enerji və təhlükəsizlik sahələrində yeni imkanlar yaradır, ehtiyac yarandıqda isə bir-birimizə yardım əlimizi uzadırıq. Əminəm ki, Ukrayna ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənməyə davam edəcək”, - Zelenski vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO