Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Hazırda oxunan: Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO
628737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qırğızıstanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfərinə və bu səfər çərçivəsində əldə olunsn razılaşmaların praktik həyata keçirilməsinə həsr olunan materiallar dərc etməkdə davam edir.

Bizim.Media xəbər verir ki, “Kabar” agentliyi, Kaktus.media, Tazabek və Super.kg İssık-Kul sahilində yerləşən beşulduzlu Baku Resort & Spa hotel kompleksinin açılışı barədə məlumat yayıblar.

Nəşrlərin yazdığına görə, layihə Qırğızıstan-Azərbaycan investisiya əməkdaşlığı çərçivəsində həyata keçirilib və İssık-Kul vilayətinin turizm potensialının inkişafına, investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
 

Qırğızıstan KİV-ləri dövlət səfərinin humanitar proqramında Azərbaycanın, Qırğızıstanın və Özbəkistanın birinci xanımlarının iştirakına da diqqət ayırıblar. Kaktus.media və Vesti.kg yazıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Qırğızıstanın birinci xanımı Aygül Japarova və Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva ilə birlikdə Çolpon-Atada yerləşən “Altın balalık” Uşaq Reabilitasiya Mərkəzini ziyarət edib.


24.kg nəşri Oş və Gəncə şəhərləri arasında qardaşlaşma haqqında sazişin imzalanması barədə də məlumat yayıb. Nəşrin məlumatına görə, sənəd regionlararası əməkdaşlığın inkişafını nəzərdə tutur.

Tazabek nəşri Qırğızıstan-Azərbaycan əməkdaşlığının praktik istiqamətlərinə dair materiallar dərc edib. Yazılarda bildirilir ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondu 30-a yaxın layihəyə baxır, həmçinin imzalanan sənədlər çərçivəsində Qırğızıstan ərazisində kiçik su elektrik stansiyalarının tikintisi məsələləri müzakirə olunub.

Bundan əlavə, nəşr fondun vəsaitlərinin xammalın emalı və idxalın şaxələndirilməsi layihələrinin həyata keçirilməsinə yönəldilməsinin məqsədəuyğunluğu barədə ekspert rəyini təqdim edib.

Qırğızıstan KİV-lərinin yeni materiallarında əsas diqqət əldə olunan razılaşmaların praktik icrasına, ilk növbədə investisiya, energetika, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafına yönəldilib. (AZƏRTAC)

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO - foto 1
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO - foto 2
Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO