Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

Hazırda oxunan: Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

621482

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kralı III Çarlz Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə görüş keçirib. Rəsmi qəbul formatında deyil, ayaqüstü baş tutan bu görüşdə qlobal iqlim dəyişikliyi ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat rəsmi mənbələrdə yer alıb.
 

Məlumata görə, Muxtar Babayev super çirkləndiricilər probleminə həsr olunmuş xüsusi tədbirdə dünyanın aparıcı iqlim liderləri, o cümlədən BMT-nin Baş katibi Antoniu Quterreş ilə bir araya gəlib.


Görüş zamanı COP29 çərçivəsində qarşıya qoyulan hədəflər, atmosferi ən çox çirkləndirən zərərli qazların azaldılması istiqamətində birgə qlobal səylər və rəsmi Bakının bu prosesə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Kral III Çarlz Azərbaycanın iqlim təşəbbüslərinə və COP29-un gündəliyinə maraq göstərdiyini ifadə edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO