Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

Hazırda oxunan: Numan Kurtulmuş Azərbaycanda səfərdədir - FOTO

621106

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycana səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə TBMM-nin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
 

"Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb", - məlumatda bildirilib.


Qeyd olunub ki, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO