Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

Hazırda oxunan: Şavkat Mirziyoyev Azərbaycan səfirini ordenlə təltif etdi

620786

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədəki diplomatik missiyası rəsmən başa çatan Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevi qəbul edib. Görüş zamanı dövlət başçısı diplomata çoxillik səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə "UzDaily" portalı məlumat yayıb.

Özbəkistan lideri Azərbaycan diplomatının Daşkənd ilə Bakı arasında çoxəsrlik sarsılmaz strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ardıcıl inkişafı, dərinləşməsi və keyfiyyətcə möhkəmləndirilməsinə yönəlmiş şəxsi töhfəsini və fəal səylərini xüsusi vurğulayıb.

Hazırda dövlətlər arasında həm ali səviyyədə, həm də idarələrlərarası platformada intensiv və etibarlı dialoq uğurla davam etdirilir.

Xüsusilə ticarət-iqtisadi və investisiya sahələrində böyük sıçrayış qeydə alınıb. Son bir neçə ildə qarşılıqlı ticarət dövriyyəsinin göstəriciləri bir neçə dəfə artıb, Özbəkistan bazarında Azərbaycan kapitalının iştirakı ilə 280 birgə müəssisə uğurla fəaliyyətə başlayıb və Birgə İnvestisiya Şirkəti təsis edilib.
 

Eyni zamanda, tekstil, əczaçılıq, kənd təsərrüfatı, eləcə də nəqliyyat, geologiya və şəhərsalma sahələrində irimiqyaslı kooperasiya layihələri icra olunmaqdadır. Paralel olaraq, ikitərəfli mədəni-humanitar mübadilə proqramları da dinamik şəkildə inkişaf edir.


Rəsmi qəbulun sonunda Özbəkistan-Azərbaycan çoxşaxəli münasibətlərinin genişləndirilməsindəki müstəsna xidmətlərinə və böyük töhfəsinə görə Prezident Şavkat Mirziyoyev təntənəli şəraitdə Hüseyn Quliyevə Özbəkistanın yüksək dövlət mükafatını — "Mehnət şöhrəti" ("Mehnat shuhrati") ordenini təqdim edib.

Azərbaycan səfiri də öz növbəsində respublika liderinə onun diplomatik fəaliyyətinə verilən yüksək qiymətə və tammiqyaslı dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsi işində göstərdiyi şəxsi dəstəyə görə dərin təşəkkürünü bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO