Putin və Tramp apec sammitində görüşə bilər

Putin və Tramp apec sammitində görüşə bilər

Hazırda oxunan: Putin və Tramp apec sammitində görüşə bilər
648049
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Vladimir Putinlə Donald Tramp arasında ikitərəfli görüşün keçirilməsi də nəzərdən keçirilir”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O bildirib ki, tərəflər Ukrayna münaqişəsinin nizamlanmasını, ABŞ-ın təkliflərini, eləcə də Rusiyanın mövqeyini və ideyalarını müzakirə edəcəklər.

“Sammitin əsas məqsədi Asiya-Sakit okean regionunda hərtərəfli və davamlı iqtisadi artıma dəstək verməkdir. Bu çərçivədə kiçik və orta sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatların məhsuldarlığının artırılması, rəqəmsal texnologiyaların inkişafı, təchizat zəncirlərinin fasiləsizliyinin təmin edilməsi və Ümumdünya Ticarət Təşkilatının islahatı müzakirə olunur. Həmçinin Asiya-Sakit okean regionunda ümumi azad ticarət zonasının yaradılması məsələsi nəzərdən keçirilir”, - Putinin köməkçisi deyib.

Uşakov qeyd edib ki, Rusiya 2035-ci ildə Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə ev sahibliyi etmək hüququ əldə edəcəyinə ümid edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO