Kaya Kallas Azərbaycana səfər edəcək

Kaya Kallas Azərbaycana səfər edəcək

Hazırda oxunan: Kaya Kallas Azərbaycana səfər edəcək

611038

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin — EEAS-ın məlumatında bildirilib.

Məlumata görə, Kaya Kallas 4-5 may tarixlərində Ermənistan və Azərbaycanda səfərdə olacaq.

O, mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin toplantısında iştirak edəcək. Daha sonra isə ilk dəfə keçiriləcək Aİ-Ermənistan sammitinə qatılacaq.

EEAS-ın məlumatına əsasən, Kaya Kallas mayın 5-də Azərbaycana səfər edəcək.
 

Səfər çərçivəsində onun Bakıda bir sıra yüksək səviyyəli siyasi görüşlər keçirəcəyi bildirilir. Kallasın Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.


Qeyd edək ki, Kaya Kallasın Cənubi Qafqaza səfəri regionda diplomatik fəallığın artdığı dövrə təsadüf edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO