Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bizim.Media xəbər verir ki, sənəd Astanada keçirilən 14-cü Qazaxıstan Beynəlxalq Əməyin Mühafizəsi və Sənaye Təhlükəsizliyi Konfransı çərçivəsində imzalanıb.
Memorandum iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinə və sosial təminat sahəsində praktiki təcrübə mübadiləsinə yönəlib.
Qazaxıstan Dövlət Sosial Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Marat Janibekov bildirib ki, sənəd sistemli ikitərəfli əməkdaşlığı nəzərdə tutur.
Onun sözlərinə görə, memorandum dövlət qurumları arasında müntəzəm təcrübə mübadiləsini, eləcə də beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsini əhatə edir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
17:10 / 28.04.2026
Bakı və Astana memorandum imzaladı
Hazırda oxunan: Bakı və Astana memorandum imzaladı
Hazırda oxunan: Bakı və Astana memorandum imzaladı
609937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































