Bu qurumlarla bağlı Baş nazirdən QƏRAR

Bu qurumlarla bağlı Baş nazirdən QƏRAR

Hazırda oxunan: Bu qurumlarla bağlı Baş nazirdən QƏRAR

608484

Çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında çağrı xidmətləri “108” Çağrı Mərkəzində təşkil ediləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
 

Qərara əsasən, çağrı mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanları çağrı xidmətlərinin “108” Çağrı Mərkəzində təşkili məqsədilə müvafiq məlumatları (sənədləri) 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməlidirlər.


Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslər öz vəsaitləri hesabına (fəaliyyətlərindən əldə olunan gəlirlər nəzərə alınmaqla) 5 ay müddətində çağrı mərkəzlərini yaratmalıdırlar və ya müqavilə əsasında çağrı xidmətlərinin göstərilməsini təşkil etməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Çağrı Mərkəzi mövcud olmayan mərkəzi və yerli icra hakimiyyəti orqanlarının çağrı xidmətlərinin “108” Çağrı Mərkəzi vasitəsilə göstərilməsini təmin etməlidir.

“108” Çağrı Mərkəzinin maddi-texniki təminatı üçün zəruri olan maliyyə vəsaiti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə zəruri maliyyə vəsaitinin ayrılmasını təmin edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO