Albaniyada V Beynəlxalq Konfrans və sərgi keçirildi - FOTO

Albaniyada V Beynəlxalq Konfrans və sərgi keçirildi - FOTO

Hazırda oxunan: Albaniyada V Beynəlxalq Konfrans və sərgi keçirildi - FOTO
576914
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folkloru” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.                

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belorusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
 

Tədbirdə Quba şəhərində "Soyqırım Memorial Kompleksi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və digərləri çıxış ediblər.


Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.

Albaniyada V Beynəlxalq Konfrans və sərgi keçirildi - FOTO - foto 1
Albaniyada V Beynəlxalq Konfrans və sərgi keçirildi - FOTO - foto 2


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO