İlham Əliyev: “Ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün dirçəliş dövrünün əsasını qoydu”

İlham Əliyev: “Ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün dirçəliş dövrünün əsasını qoydu”

Hazırda oxunan: İlham Əliyev: “Ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün dirçəliş dövrünün əsasını qoydu”
575393
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçılarına müraciətində deyilir.
 

Dövlət başçısı qeyd edib ki, ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir:


"Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir".
 

Prezident xatırladıb ki, ötən otuz il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində şəhər və kəndlər tamamilə viran edilib, tarixi-mədəni irsimiz dağıdılıb, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalıb, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb.


"2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu", - Prezident bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO