“Vətən savaşındakı qələbəmiz Qafqazda böyük imkanlar açdı

“Vətən savaşındakı qələbəmiz Qafqazda böyük imkanlar açdı" – Hikmət Hacıyev

Hazırda oxunan: “Vətən savaşındakı qələbəmiz Qafqazda böyük imkanlar açdı" – Hikmət Hacıyev
48676
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"44 günlük Vətən savaşında qalib olmağımız Qafqazda böyük imkanlar açdı".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumundakı (“Peace4Culture” Partners Forum) çıxışında bildirib. 

“Biz azad edilən ərazilərdə Azərbaycan mədəni irsinin dağılmasının şahidi olmuşuq. Bu səbəbdən beynəlxalq təşkilatları ora cəlb etmək istəyirik. Eyni zamanda, YUNESKO-ya müraciət etmişik. YUNESKO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Azərbaycanın UNESCO-ya üzv seçilməsi bir daha ölkəmizə olan etimadı sübut edir. Biz görürük ki, mədəniyyətlər arasında qarşılıqlı əməkdaşlıq olmalıdır. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Çünki, sülh xalqların birgəyaşayışı üçün çox vacibdir", - deyə Hikmət Hacıyev vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO