Gürcüstandan Azərbaycana böyük JEST - İran blokadaya salınır? 

Gürcüstandan Azərbaycana böyük JEST - İran blokadaya salınır? 

Hazırda oxunan: Gürcüstandan Azərbaycana böyük JEST - İran blokadaya salınır? 
40346
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoyması rəsmi Bakı ilə Tiflis arasındakı strateji tərəfdaşlığın, müttəfiqliyin hansı səviyyədə olduğunu göstərir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Turab Rzayev deyib. 

O, bildirib ki, Gürcüstan bununla İrana açıq mesaj verir ki, regionda onun müttəfiqi Azərbaycandır və ona təhdid, təhlükə olarsa, o da bütün imkanları ilə dəstək verəcək: 

“Azərbaycan tərəfi region ölkələrinə 3+3 formatını təklif edib. Yəni üç Qafqaz ölkəsi, üç də ətraf ölkə formatda iştirak edə bilər. Lakin görünür, bəzi ölkələr bunu yanlış anlayıb. Ölkə başçısının dediyi kimi, istəyən bu formata qoşula bilər, istəməyən də özü bilər. Yəni biz bu formata 2+2 olaraq da davam edə bilərik. 

Bundan başqa Gürcüstan 3+2 formatını da təklif edir. Yəni üç Qafqaz ölkəsi Türkiyə və Avropa Birliyi. Bu formatda da İrana yer yoxdur. Rəsmi Tehran hazırkı tutumunda israr etsə, Ermənistan xaric, bütün region ölkələrini qarşısına alacaq. Bu da tədricən onun iqtisadi blokadaya düşməsinə gətirib çıxaracaq”. 

Xatırladaq ki, ötən gün İran  hava məkanını Naxçıvana hərbi məqsədli uçuşlar üçün bağladığını bildirmişdi. (Sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO