Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışdı - NAZİRLƏR NƏYİ MÜZAKİRƏ ETDİ?

Hazırda oxunan: Azərbaycan və Türkiyənin XİN rəhbərləri telefonla danışdı - NAZİRLƏR NƏYİ MÜZAKİRƏ ETDİ?

30765

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər Türkiyədə baş verən meşə yanğınları, yanğınların söndürülməsi əməliyyatları, habelə həyata keçirilən xilasetmə işləri ilə bağlı fikir mübadiləsi aparıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi


Azərbaycan dövlət başçısının tapşırığı ilə Türkiyəyə göndərilən yardımla bağlı hər zamankı kimi, qardaş Türkiyənin yanında olduğumuzu qeyd edən nazir Ceyhun Bayramov bundan sonra da hər cür yardımı göstərməyə hazır olduğumuzu vurğulayıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO