Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi

Hazırda oxunan: Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür etdi
30630
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycandakı qardaşlarımızın Qarabağ müharibəsi dövründə qəhrəman Azərbaycan əsgərinə, ordusuna necə kömək etdiyinin şahidi oldum. Azərbaycandakı qardaşlarımızla fəxr edirəm. Biz “Bir millət, iki dövlət”ik və xüsusiyyətlərimiz də birdir".

Bizim.Media İTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

"Yanğın zamanında olduğu kimi, həmişə yanımızda olan qardaş Azərbaycana, cənab Prezident İlham Əliyevə, nazirlərinə və Azərbaycan xalqına təşəkkürümü bildirirəm.

Əvvəlcə qardaşım Ceyhun mənimlə əlaqə saxladı. Daha sonra fövqəladə hallar naziri Kəmələddin Heydərov mənə zəng etdi və cənab Prezidentin tapşırığı ilə əlaqə saxladığını bildirdi. O, Türkiyəyə yardım göndərmək istədiyini söylədi. Həmin vaxt həyat yoldaşım və meşəçilik naziri yanımda idi. Biz də təşəkkürümüzü bildirdik. Telefon zəngindən sonra Azərbaycandan 100-dən çox yanğınsöndürən göndərildi. Bu çətin günlərdə qardaşlarımızın bizi düşünməsindən məmnun qaldıq. Bir daha təşəkkürümüzü bildiririk” - XİN başçısı deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO