İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO

İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO
269698
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verdi.

Bildirilib ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır.

Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.
 

Qeyd edək ki, kompleksin bu cür müasir səviyyədə inşası ölkəmizdə yaradıcı insanların fəaliyyətinə göstərilən dövlət dəstəyinin növbəti təzahürü olmaqla, ilk növbədə, onların istirahətinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət nəticəsində yaradılmış şərait mədəniyyət və incəsənət sahəsində çalışanların fəaliyyətinin daha da canlanmasına səbəb olmaqla yanaşı, bu sahənin inkişafına mühüm töhfə verir.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində yaradıcı şəxslərin fəaliyyətinin stimullaşdırılması, onların əməyinə yüksək qiymətin verilməsi, sosial təminatlarının, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür.

Bundan başqa, istirahət və yaradıcılıq imkanlarının genişləndirilməsi məqsədilə yaradıcılıq ittifaqlarının, yaradıcılıq evlərinin və sanatoriyaların fəaliyyəti də dövlət səviyyəsində dəstəklənir.



İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 1
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 2
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 3
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 4
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 5
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 6
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 7
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 8
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 9
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 10
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 11
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 12
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 13
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 14
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 15
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 16
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 17
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 18
İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında – FOTO/VİDEO - foto 19

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO