Əli Əhmədov: “İlham Əliyev regionun yeni tarixini yaradır”

Əli Əhmədov: “İlham Əliyev regionun yeni tarixini yaradır”

Hazırda oxunan: Əli Əhmədov: “İlham Əliyev regionun yeni tarixini yaradır”
269484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın yeni tarixi yaradılır. Hər birimiz Azərbaycanın yaranmaqda olan tarixinin parlaq səhifələrinə şahidik. Bu tarix Ümummmili lider Heydər Əliyev tərəfindən və hazırda müzəffər prezidenti İlham Əliyev tərəfindən yaradılmaqdadır. Fərq ondadır ki, ayrı-ayrı xalqlar və dövlətlər yalnız özünün tarixini yaratmaq haqqında düşünərkən Azərbaycan Prezidenti İlham Əliyev regionun yeni tarixini, yeni mənzərəsini yaratmaq kimi missiyanı öz üzərinə götürüb.

Bununla əlaqədar çox şərəfli səhifələr mövcuddur. Vaşinqtonda keçirilən görüşlər, əldə olunan nailiyyətlər və bütövlükdə qələbə adlandırılacaq diplomatik nailiyyət bizim bölgəmizin, daha geniş coğrafiyanın tarixinin yaradılmasının göstəricisidir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyasının xüsusi iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hər bir dövlətin üç başlıca gücü var:

“Onun iqtisadiyyatı, ordusu və diplomatiyası. Azərbaycan iqtisadiyyatı 2005-2025-ci illərdə ən sürətli inkişaf edən iqtisadiyyatdır. Hərbi gücə gəldikdə isə 2020-ci ildə keçirilən müharibədə qazanılan şərəfli qələbə, ərazi bütövlüyünün bərpası Azərbaycanın hərbi gücünü bütün dünyaya göstərdi. Bu müddət ərzində diplomatiya sahəsində yüksək nailiyyətlər əldə edib. Azərbaycan diplomatiyasının ən parlaq zirvəsi Vaşinqton görüşləri və burada əldə olunan nailiyyətdir. Vaşinqtonda əldə edilən böyük diplomatik qələbənin yeganə müəllifi İlham Əliyevdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO