İranın Zəngəzur İSTERİKASI – TIR sürücülərinə qarşı xoşagəlməz addımların PƏRDƏARXASI

İranın Zəngəzur İSTERİKASI – TIR sürücülərinə qarşı xoşagəlməz addımların PƏRDƏARXASI

Hazırda oxunan: İranın Zəngəzur İSTERİKASI – TIR sürücülərinə qarşı xoşagəlməz addımların PƏRDƏARXASI
264601
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gündür azərbaycanlı TIR sürücülərinin İran sərhədində saxlanılması ilə bağlı məlumatlar yayılıb. İddialara görə, sürücülərə süni maneələr yaradılır, alış-veriş və yemək kimi gündəlik ehtiyaclarını təmin etmələrinə imkan verilmir.

Sözügedən vəziyyət nə ilə bağlıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, məsələnin kökündə İranı narahat edən əsas məqam Zəngəzur dəhlizində tikinti işlərini Amerika şirkətlərinin aparmasıdır:

“KİV-də yayılan məlumatlara görə, TIR sürücülərinə süni əngəllər yaradılıb. Bu isə sual doğurur: İran niyə məhz indi belə təzyiq üsullarına əl atır? Vaşinqtonda əldə edilmiş Azərbaycan-Ermənistan razılaşmaları, xüsusilə də Zəngəzur dəhlizinin “Tramp marşrutu” ilə əlaqələndirilməsi bu məsələdə rol oynayırmı?
 

Əslində, İran Prezidenti Pezeşkian bu barədə aydın açıqlama verib və məsələni şişirtməməyə çağırıb. O, İrandan Avropaya və Şimala gedən yolların bağlanmadığını, ölkəsinin maraqlarının nəzərə alındığını vurğulayıb”, - deyə deputat diqqətə çatdırıb.


Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycandan Azərbaycana gedən bir yol kimi nəzərdə tutulub və bu marşrutda heç bir tərəf uduşsuz qalmır:

“Bu layihə regionda iqtisadi tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıra bilər. Heç bir halda Zəngəzur dəhlizi üçüncü tərəfi, indiki halda İranı hədəf almır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO