Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO

Hazırda oxunan: Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO
256876
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.
 

Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub.


Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd edib.

Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib. Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.
 

Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.


Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.




Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 1
Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 2
Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 3


Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 4
Polşanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO/VİDEO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO