Polşa Prezidenti: “Bakıda hər şey mükəmməl təşkil olunub”

Polşa Prezidenti: “Bakıda hər şey mükəmməl təşkil olunub”

Hazırda oxunan: Polşa Prezidenti: “Bakıda hər şey mükəmməl təşkil olunub”
220364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polşa Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin səviyyəsinə heyran qalıb.

Bizim.Media xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda iqlim konfransı çərçivəsində jurnalistlərə bildirib.

"Bakıda bu iqlim sammitinin açılışında iştirak etdiyimə görə çox şadam. Biz onun təşkilindən heyran qaldıq və bununla əlaqədar Azərbaycanı və Ölkə Prezidenti İlham Əliyevi təbrik edirik. Polşanın dünya sammitinin təşkili təcrübəsi var. Deyə bilərəm ki, burada Bakıda hər şey mükəmməl təşkil olunub", - o vurğulayıb.

Prezident A.Duda ümidvardır ki, COP29-da xüsusilə iqlim siyasəti məsələlərinə ciddi yanaşan və iqlimin qorunmasını inkişafın vacib elementi hesab edən ölkələr üçün mühüm qərarlar qəbul ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO