Aleksandr Vuçiç: "Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrilir"

Aleksandr Vuçiç: "Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrilir"

Hazırda oxunan: Aleksandr Vuçiç: "Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrilir"
220350
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan getdikcə daha əhəmiyyətli siyasi oyunçuya çevrilir və Serbiya bu ölkə ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

O qeyd edib ki, Bakı ilə Belqrad arasında enerji sahəsində əməkdaşlıq və qaz elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar prosesi Serbiya üçün çox vacibdir: "Bizim üçün qazın toplanması və sonradan elektrik enerjisi istehsalı üçün Bolqarıstan və Serbiya arasında interkonnektor, eləcə də qaz dəhlizi çox vacibdir. Digər tərəfdən, Rusiyanın Azərbaycan vasitəsilə İranla, daha sonra bütün digər ölkələrlə logistik əlaqələri də bizim üçün çox faydalıdır".

A.Vuçiç Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) da xüsusi diqqət yetirib:

"Mərkəzi Asiya ölkələri arasında Orta dəhliz də bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən öz vətəndaşlarıma və serbiyalı jurnalistlərə demək istərdim ki, son vaxtlar burada, Azərbaycanda müşahidə etdiyim tərəqqidən heyrətlənmişəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO