Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO

Hazırda oxunan: Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO

190459

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycanla Mərakəş arasında ümumvətəndaş passportları sahibləri üçün viza rejiminin aradan qaldırılması barədə saziş imzalanıb.

Məlumata görə,  proses Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşü çərçivəsində baş tutub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO