İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - FOTO/VİDEO

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - FOTO/VİDEO
182537
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviçi qəbul edib. 

Bizim.Media xəbər verir ki, Jelka Tsviyanoviç İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi və fəaliyyətində uğurlar arzulayıb. 

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. 

Dövlət başçısı Bosniya və Herseqovinaya ötən il rəsmi səfərini və səfər zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb. 

Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın Balkan regionu ilə əlaqələrinin, bu xüsusda Bosniya və Herseqovina ilə əməkdaşlığının inkişafı xüsusi qeyd edilib. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 
Söhbət zamanı XI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub. Jelka Tsviyanoviç bu tədbirdə çox aktual məsələlərin müzakirə olunduğunu vurğulayıb. 
 

 

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - FOTO/VİDEO - foto 1
İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvünü qəbul edib - FOTO/VİDEO - foto 2


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO