Türkiyə rəsmiləri İlham Əliyevi TƏBRİK ETDİLƏR - FOTO

Türkiyə rəsmiləri İlham Əliyevi TƏBRİK ETDİLƏR - FOTO

Hazırda oxunan: Türkiyə rəsmiləri İlham Əliyevi TƏBRİK ETDİLƏR - FOTO

177125

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkilərində İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə paylaşım edib.

Bizim.Media xəbər verir ki, TBMM sədri rəsmi “X” hesabında yazıb: 

“Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçkilərin nəticəsinin “bir millət, iki dövlət” prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm”

Bundan əlavə Türkiyə Prezident Administrasiyasının sözçüsü Ömer Çelik də rəsmi “X” hesabında İlham Əliyevi qələbə münasibətilə təbrik edib: 

“Can Azərbaycanın bütün torpaqlarında, o cümlədən azad olunmuş ərazilərdə keçirilən seçkilərdə yenidən Prezident seçilən Azərbaycan dövlət başçısı cənab İlham Əliyevi təbrik edirəm”.

Qeyd edək ki, Azərbaycanda keçiirlən növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

İlham Əliyev seçicilərin 92,1 faiz səsi ilə qələbə qazanıb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO