İlham Əliyevin Şarl Mişellə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO

İlham Əliyevin Şarl Mişellə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevin Şarl Mişellə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO
146271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gəlib.

Bizim.Media xəbər verir ki, Avropa İttifaqı Şurasının mənzil-qərargahında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Birgə foto çəkdirilib.

Sonra Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü olub.

Prezident İlham Əliyev işgüzar səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə minnətdarlığını bildirib.

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Şarl Mişelin göstərdiyi səylərə görə təşəkkürünü ifadə edən dövlət başçısı Brüssel formatının səmərəli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sabah keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.
 


İlham Əliyevin Şarl Mişellə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO - foto 1


İlham Əliyevin Şarl Mişellə görüşü KEÇİRİLDİ - FOTO/VİDEO - foto 2
Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO