Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO

Hazırda oxunan: Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO
136904
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi xanım Njupuo Yap Mariatu Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasına baş çəkib, ali təhsil müəssisəsinin fəaliyyəti ilə tanış olub. 

Bu barədə Bizim.Media-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, qonaqlara ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, Akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir.
Eyni zamanda, FHN Akademiyasında beynəlxalq əlaqələrə xüsusi diqqət verildiyi vurğulanıb, ali təhsil ocağının zəngin təcrübəyə malik xarici ölkələrin uyğun təhsil müəssisələri ilə yüksək səviyyəli əməkdaşlığından bəhs edilib. 

Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkib, Muzeylə tanış olublar. Baş katib Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb. 

BMMT-nin Baş katibi FHN-in Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu, müasir standartlara uyğun işlərin aparıldığını bildirib. 

Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO - foto 1
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO - foto 2
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO - foto 3
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi FHN Akademiyasında olub - FOTO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO