Misirdə 9 polis zabiti güllələndi

Misirdə 9 polis zabiti güllələndi

Hazırda oxunan: Misirdə 9 polis zabiti güllələndi

135664
Misirin paytaxtı Qahirə yaxınlığında baş vermiş silahlı hücumda 9 polis əməkdaşı dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, hadisə Heluan şəhərində baş verib.

Bir qrup maskalı şəxs avtomat silahlarla içərisində polislərin olduğu xidməti mikroavtobusu atəşə tutub. Nəticədə biri kapitan olmaqla 9 polis zabiti həlak olub.

Başda kapitan Məhəmməd Həmid olmaqla qalan 8 zabitin hər biri Heluan istintaq idarəsinin əməkdaşı olub.

İlkin məlumatlara əsasən hücum edənlərin sayı 4 nəfər olub. Şübhəli şəxslər tapşırıqdan geri qayıdan mikroavtobusu pikapla izləyib.

Əvvəlcədən planla təyin edilmiş nöqtəyə çatdıqda atəş açılıb.  Təhlükəsizlik orqanları hadisə yerindən 40-a yaxın patron gilizi aşkar edib.

Şəhərdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Bir neçə rayona giriş və çıxışlar məhdudlaşdırılıb. Hadisə baş vermiş yerlə kəsişən bütün küçələr bağlanıb. Qahirədən cənuba gedən bütün avtomagistrallar yoxlanılır. Şübhəlilərin axtarışı davam edir.

Bəzi hadisə şahidlərinin sözlərinə görə, maskalılar İŞİD terror qruplaşmasının üzvləri olub. Mikroavtobusa hücum etmiş pikapın şüşəsində qruplaşmanın rəmzi görünüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO