Milli Məclisin sədri Ermənistanın guya Laçın yolunun bağlanmasına dair iddialarını TƏKZİB ETDİ 

Milli Məclisin sədri Ermənistanın guya Laçın yolunun bağlanmasına dair iddialarını TƏKZİB ETDİ 

Hazırda oxunan: Milli Məclisin sədri Ermənistanın guya Laçın yolunun bağlanmasına dair iddialarını TƏKZİB ETDİ 

130634

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ  də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb.  

Bizim.Media xəbər verir ki, spiker qeyd edib ki, Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir.  

S. Qafarova bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.
Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO