Millət vəkili Qənirə Paşayeva Hindistan
Milli Konqresinin lideri Sonya Qandi ilə görüşüb.
Hindistana səfəri çərçivəsində Hindistan Milli Konqresinin lideri Sonya Qandi
ilə görüşən millət vəkili,Azərbaycan-Hindistan Parlamentlərarası
Dostluq Qrupunun üzvü Qənirə Paşayeva mehriban və səmimi qəbul üçün
təşəkkür edərək dünya səviyyəsində dünyanın ən güclü qadınları siyahasında uzun
illərdir ön sıralarda yer alan xanım Qandi ilə görüşməkdən böyük məmuniyyət
duyduğunu deyib. Görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqaladə və
səlahiyyətli səfiri İbrahim Hacıyev Azərbaycan Hindistan münasibətlərinin
inkişafına toxunaraq bu münasibətlərin daha da inkişafı üçün böyük potensial olduğunu və əməkdaşlığın
gələcəyə doğru daha da genişlənəcəyin deyib və fikir mübadiləsi aparılıb.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanla Hindistan arasıda qədim zamanlardan
başlayan tarixi münasibətləri xüsusi vurğulayaraq Azərbaycan, ölkəmizin keçdiyi
yol, əldə etdiyi uğurlar, Qarabağ münaqişəsi barədə də danışıb. Parlamentdə Azərbaycanın
ön cəbhə bölgələrindən birini təmsil etdiyini deyən millət vəkili Qənirə
Paşayeva Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından
çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də
öz evlərinə dönə bilməməsi və onların çəkdikləri özəlliklə mənəvi əziyyətləri
xüsusi vurğulayıb. Azərbaycanın Hindistanla əməkdaşlığa böyük önəm verdiyini
vurğulayan millət vəkili Qənirə Paşayeva Azərbaycan Parlamentində
Azərbaycan-Hindistan Parlamentlərarası Dosluq Qrupunun fəaliyyətindən və
əməkdaşlığın daha da genişlənməsinin əhəmiyyətindən də danışıb. Azərbaycanın
bütün müsəlman Şərqində qadınlara ilk olaraq 1918-ci ildə seçib seçilmək haqqı
verən bir ölkə olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva ölkəmizin
Birinci Xanımı Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən böyük və önəmli
işlərdən də danışıb. Hindistanın keçmiş baş naziri İndira Qandinin hələ sovet
illərində Bakıda Atəşgahda olmasını xüsusi vurğulayan millət vəkili Qənirə
Paşayeva sizi hər zaman Azərbaycanda görməkdən məmun olarıq deyib. Millət
vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə
Paşayevanı Hindistanda görməkdən çox məmun olduğunu deyən Milli Konqresin
lideri Sonya Qandi Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında
maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu
deyib və səylərin artırılmasının vacibliyinə toxunub. Millət vəkilinin
Azərbaycan-Hindistan münasibətlərinin tarixi kökləri ilə bağlı söylədiyi
faktların onun üçün çox maraqlı olduğunu bildirən Sonya Qandi Qənirə Paşayevaya
“Dünyaya adını yazan Qadınlar” kitabında İndira Qandi və özünün haqqında
yazdığı maraqlı məqalə, həyat hekayələri üçün də təşəkkür edib və bu cür
kitabların önəmini xüsusi vurğulayıb. Dünyanın ən nüfuzlu qadınlarından
yazmağın vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu cür qadınların
böyüyən gənc qızlara böyük örnək və stimul olduğunu deyib və bunun da
qadınların dünyanın və cəmiyyətlərin, toplumların həyatında rolunun artması və
inkisaf üçün böyük əhəmiyyət daşıdığını deyib və Azərbaycanda qadınların
cəmiyyətin bütün sahələrində artan rolunu xusisi vurğulayıb. Qadınların
cəmiyyətdə rolunun artması, savadlı olmalarının vacibliyinin əhəmiyyətini
vurğulayan Hindista Milli Konqres Partiyasının lideri Sonya Qandiyə millət
vəkili Qənirə Paşayeva isə 3 cildlik kitabını imzalayaraq hədiyyə edib və
verdiyi dəyər üçün təşəkkürünü bildirib. Azərbaycan və ölkəmizin inkişaf
göstəriciləri ilə bağlı Hindistan Milli Konqresinin lideri Sonya Qandinin bir
sıra suallarını cavablandıran millət vəkili Qənirə Paşayeva ona Azərbaycan
tarixi,mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətlri ilə bağlı materiallar,
kitablar və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. Millət
vəkili Qənirə Paşayeva Sonya Qandiyə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri”
filmləri kataloğunu da təqdim edib. Səfir İbrahim Hacıyev də millət vəkili ilə
bərabər Sonya Qandiyə Azərbaycan mədəniyyətinə dair hədiyyələr təqdim edib.
- A-
- A
- A+
Gündəm
11:15 / 29.09.2014
Qənirə Paşayeva Sonya Qandi ilə görüşüb- FOTO
Hazırda oxunan: Qənirə Paşayeva Sonya Qandi ilə görüşüb- FOTO
Hazırda oxunan: Qənirə Paşayeva Sonya Qandi ilə görüşüb- FOTO
56602
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































