“Bakı qeyri-hərbi üsullarla müharibəni davam etdirir” - İskəndəryan

Hazırda oxunan: “Bakı qeyri-hərbi üsullarla müharibəni davam etdirir” - İskəndəryan

8230

“Qarabağ münaqişəsi Bakının maraqları baxımından da hələ həll olunmayıb, çünki Qarabağ ərazisinin təxminən 3000 kvadrat kilometri rəsmi Bakıya tabe deyil və orada yaşayan insanlar Azərbaycan vətəndaşlığını qəbul etməyəcəklər”.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki,  bu fikirləri politoloq Aleksandr İskəndəryan onlayn müzakirə zamanı söyləyib. 

Görünür, rəsmi Yerevan müharibə zamanı olduğu kimi hələ də öz xalqını aldatmaqda davam edir.

Ermənilər ya həqiqətən bundan sonra Azərbaycan qanunları ilə yaşayacaqlarını bilmirlər, ya da bilib, bunu özlərinə etiraf etməkdən boyun qaçırırlar. Hər zaman olduğu kimi erməni sayıqlamaları yenə davam etməkdədir.

Daha sonra erməni politoloq bildirib ki, Qarabağ məsələsində rəsmi Bakının hansısa güzəştə gedəcəyini gözləməyə dəyməz: 

''Bu məsələdə bəzilərindən fərqli olaraq, Azərbaycanın öz strategiyası var. O, erməni tərəfinə təzyiq göstərərək şərtlərini qəbul etdirməyə çalışır. Bir sözlə, rəsmi Bakı ermənilərin yaralı yerlərinə toxunaraq, qeyri-hərbi üsullarla müharibəni davam etdirir''.

''Məsələn, əsirlərin saxlanılması, sərhədlərin müəyyənləşdirilməsi, Qarabağa girişin məhdudlaşdırılması cəhdləri və s... Əgər Laçın dəhlizindən istifadə edə bilmiriksə, o nəyə lazımdır?'',- deyə İskəndaryan vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO