Rusiyada restoranlarda "çayevoy" qadağan edildi

Rusiyada restoranlarda "çayevoy" qadağan edildi

Hazırda oxunan: Rusiyada restoranlarda "çayevoy" qadağan edildi
647689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyada müştərinin razılığı olmadan çaypulunun (bəxşişin) hesaba daxil edilməsinə qoyulan qadağanın müddəti 2027-ci il sentyabrın 1-dək uzadılıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya hökumətinin bununla bağlı müvafiq qərarı hüquqi aktların dərc olunduğu rəsmi portalda yerləşdirilib.

Qeyd edək ki, 2021-ci ildə qüvvəyə minən və ictimai iaşə obyektlərində hesaba əlavə ödənişlərin daxil edilməsini qadağan edən qaydaların qüvvədə olma müddəti 2027-ci il yanvarın 1-də başa çatırdı.
 

Dövlət Dumasının İqtisadi siyasət komitəsi sədrinin birinci müavini Nadejda Şkolkina məsələ ilə bağlı açıqlamasında ofisiantların müştərilər tərəfindən maddi həvəsləndirilməsinin sırf könüllü olmasını nəzərdə tutan bu qaydaların ən optimal variant olduğunu bildirib.


Deputatın sözlərinə görə, çaypuluna zəmanətin olmaması ofisiantı xidmət keyfiyyətini yüksəltməyə həvəsləndirir və müştərini kafe və ya restoranın "girovuna" çevirmir.

Bundan əlavə, o vurğulayıb ki, hesaba məcburi daxil edilən çaypulu heç də həmişə ofisianta, xüsusilə də tam həcmdə çatmır — müəssisə rəhbərliyi həmin vəsaiti özündə saxlaya bilər.

Hökumət tərəfindən müddəti uzadılan qaydalarda qeyd olunur ki, ictimai iaşə müəssisələri qiymət cədvəlində (preyskurantda) əlavə xidmətlər də daxil olmaqla göstərilən bütün xidmətləri, onların dəyərini və ya ödənişsiz xarakter daşıdığını dəqiq göstərməyə borcludurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO