Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - Video

Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - Video

Hazırda oxunan: Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - Video
647264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nizami rayonunda 8 binanın sökülməsi, sakinlərin isə köçürülməsi planlaşdırılır.

Bizim.Media “Xəzər TV”yə istindən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, söhbət əsasən köhnə yataqxanalardan gedir.

Vüqar Oruc bildirir ki, yenidənqurma işlərinin bir hissəsinin dövlət, digər hissəsinin isə investorların vəsaiti hesabına aparılması nəzərdə tutulur. O, söküntünün planlaşdırıldığı əraziləri və ehtimal olunan kompensasiya məbləğlərini də açıqlayıb.

Cəmiyyət sədri vurğulayır ki, bu rəqəmlər yekun kompensasiya məbləğləri deyil. Ödənişlər qiymətləndirmənin nəticələri və müvafiq dövlət qurumlarının qərarları əsasında dəqiqlənəcək. Sakinlərin köçürülməsi zamanı hansı variantın təklif olunması isə konkret ərazidə həyata keçiriləcək layihədən asılı olacaq. 

Vüqar Orucun sözlərinə görə, proses mərhələli aparılacaq. Əvvəlcə mənzillərin və sakinlərin sayı müəyyənləşdiriləcək. Bundan sonra konkret bina ilə bağlı qərar veriləcək və sakinlər məlumatlandırılacaq. Söküntünün başlanacağı tarix və köçürülmə şərtləri də həmin mərhələdə aydınlaşacaq.

Daha ətraflı videoda:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO