“Təşkilat” serialının çəkiliş meydançasına basqın: Pul tələb ediblər

“Təşkilat” serialının çəkiliş meydançasına basqın: Pul tələb ediblər

Hazırda oxunan: “Təşkilat” serialının çəkiliş meydançasına basqın: Pul tələb ediblər
647270
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İstanbul şəhərinin Beykoz rayonunda serial, film və reklam çəkilişlərinin aparıldığı meydançaları hədəf alan dörd nəfər işçiləri ölümlə hədələyərək onlardan 30 min türk lirəsi və avtomobil tələb edib. Hədəfə alınan çəkiliş meydançaları arasında TRT 1 telekanalında yayımlanan “Təşkilat” serialının çəkiliş yeri də olub.

Bizim.Media xəbər verir ki, şübhəlilər çəkiliş meydançalarına daxil olmaq üçün özlərini yerli prodüser şirkətinin əməkdaşları kimi təqdim ediblər.

Tələbləri rədd edildikdə isə işçiləri “Küçənin haqqını verəcəksiniz, yoxsa boğazınızı kəsərik” sözləri ilə hədələyiblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində dörd şübhəli saxlanılıb. Onlar istintaq tədbirlərindən sonra məhkəməyə göndəriliblər. Hadisə ilə bağlı araşdırma davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO