Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Hazırda oxunan: Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

639938

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətində nəzarətində qalan ərazilərlə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Putin bu barədə RT telekanalının aparıcısı Rik Sançesin sualını cavablandırarkən danışıb.
 

“Əgər ərazilərin itirilməsi qaçılmazdırsa, Kiyev üçün onlardan yapışmağın mənası varmı?” – sualına cavabında Putin bildirib ki, Kiyev Ukraynanın nəzarətində qalan Donetsk vilayəti ərazisinin 11 faizi naminə insanların təhlükəsizliyini və həyatını riskə atır: “Bu ərazilərin itirilməsi onsuz da qaçılmazdır, bəs nə üçün onlardan belə yapışıblar?” 


Rusiya lideri həmin ərazilərin gözləniləndən daha tez Rusiyanın nəzarətinə keçəcəyini iddia edib.

“Burada söhbət həmin ərazi parçasından getmir – söhbət insanlardan gedir. Məsələ ondadır ki, biz sadəcə atəşkəs üçün deyil, uzunmüddətli və tarixi perspektivə hesablanmış sülh üçün şərait yaratmalıyıq. Bizə yalnız bir tərəf üçün deyil, hər iki tərəf üçün təhlükəsizlik təminatları lazımdır”, – Putin qeyd edib.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO