Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib

Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib

Hazırda oxunan: Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
638852
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı həlak olan hərbçilərlə vida mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə vilayət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Matəm mərasimində müdafiə naziri Dauren Kosanov, Manqistau vilayəti administrasiyasının rəhbəri Nurdaulet Kılabay, Qazaxıstan Müsəlmanları Dini İdarəsinin sədri Naurızbay hacı Taqanulı, parlament deputatları, tanınmış ictimai xadimlər və mərhumların silahdaşları iştirak ediblər. Mərasim iştirakçıları həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər.
 

"Dövlət başçısı Kasım-Jomart Tokayevin tapşırığı ilə hərbçilərin ailələrinə dövlət tərəfindən sosial ödənişlər, maddi yardım və dəfn mərasimlərinin təşkili üçün hərtərəfli dəstək də daxil olmaqla, bütün zəruri yardım göstərilir", - deyə məlumatda bildirilir.


Yardım üçün vəsaitlərin toplanması məqsədilə Manqistau vilayəti administrasiyası xüsusi fond yaradıb.

Xatırladaq ki, sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizinin sahilində Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı 17 hərbçi açıq dənizə sürüklənib. Onlardan 14-ü həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO