Ermənistan Konstitusiya Məhkəməsi Zəngəzur dəhlizi üzrə sazişi təsdiqlədi

Ermənistan Konstitusiya Məhkəməsi Zəngəzur dəhlizi üzrə sazişi təsdiqlədi

Hazırda oxunan: Ermənistan Konstitusiya Məhkəməsi Zəngəzur dəhlizi üzrə sazişi təsdiqlədi

636977

Ermənistanın Konstitusiya Məhkəməsi ABŞ ilə imzalanmış TRIPP (Trump Route for International Peace and Prosperity) layihəsi (Zəngəzur dəhlizi – red.) üzrə strateji əməkdaşlıq sazişini ölkə Konstitusiyasına uyğun hesab edib.

Bizim.Media "Pastinfo"ya istinadən xəbər verir ki, məhkəmə sənəddəki öhdəliklərin Konstitusiyaya zidd olmadığını müəyyənləşdirib. Bundan sonra sənəd ratifikasiya olunması üçün Ermənistan parlamentinə göndəriləcək. 

Xatırladaq ki, çərçivə sazişi cari ilin may-iyun aylarında Vaşinqton və İrəvanda ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən imzalanmışdı. 

Layihənin əsasını Ermənistanın Zəngəzur (Sünik) vilayətindən keçən və Azərbaycanı Naxçıvanla birləşdirməli olan nəqliyyat dəhlizi təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO