İstanbul çimərlikləri BAĞLANDI

İstanbul çimərlikləri BAĞLANDI

Hazırda oxunan: İstanbul çimərlikləri BAĞLANDI

632511

İstanbulun Yeşilköy rayonunda iki çimərlikdə yüksək bakterial çirklənmə səbəbindən dənizə girmək qadağan edilib.

Bizim.Media xəbər verir ki, aparılan analizlərin nəticələrinə görə, Yeşilköydə polis bölməsinin və Beynəlxalq Hospitalın qarşısında yerləşən çimərliklərin suyunda bağırsaq çöpü (E. coli) və enterokokk bakteriyalarının miqdarının normadan artıq olduğu müəyyənləşib.

E. coli-nin səviyyəsi 100 millilitr suda 1800 koloniya əmələ gətirən vahidə (KƏV) çatıb ki, bu da suyun keyfiyyətinin “pis” kateqoriyasına aid olduğunu göstərir.

İstanbul Səhiyyə İdarəsi Bakırköy bələdiyyəsinə müraciət edərək, çimmək üçün nəzərdə tutulan ərazilərin müvəqqəti bağlanmasını və əhalinin xəbərdarlıq lövhələri, elanlar və digər vasitələrlə məlumatlandırılmasını tələb edib.

Qurumdan bildirilib ki, E. coli və enterokokkların törətdiyi infeksiyalar fekal-oral yolla yayıla bilər. Belə infeksiyalar ishal, ürəkbulanma, qusma, qızdırma və qarında spazmlara səbəb olur.

Türkiyədə dəniz suyunun keyfiyyətinə nəzarət Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Çirklənmə mənbələrinin aradan qaldırılmasına isə problemin mənşəyindən asılı olaraq bələdiyyələr və digər aidiyyəti qurumlar cavabdehdir. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO