Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

Hazırda oxunan: Tətilə gedən bir ailə yox oldu: Cəsədləri belə tapıldı

630941

Türkiyənin Giresun vilayətinin Görele rayonunda güclü yağış ailə faciəsinə səbəb olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Hamzalı kəndinin yüksək ərazilərində yağan leysan nəticəsində Zıva çayının su səviyyəsi qalxıb və daşqın baş verib.

Çayın kənarında piknik edən Mehmet və Zekiye Kırca cütlüyü, onların qızları Burcu və Burçin Kırca selə düşüblər.
 

Mehmet Kırca öz imkanları ilə xilas ola bilsə də, həyat yoldaşı və iki qızı güclü axında itkin düşüb. Hadisə yerinə AFAD, jandarm, polis, yanğınsöndürmə, təcili tibbi yardım və digər qurumların əməkdaşları cəlb olunublar.


Axtarışlar zamanı 31 yaşlı Burcu və 26 yaşlı Burçinin cəsədləri hadisə yerindən təxminən 10 kilometr uzaqlıqda tapılıb. Bir gün sonra isə 57 yaşlı ana Zekiye Kırcanın cansız bədəni çay boyunca 6 kilometr aralıda aşkarlanıb.

Ailənin tətil üçün İstanbuldan doğma Giresuna gəldiyi, piknikdən sonra geri qayıtmağı planlaşdırdığı bildirilib. Həyat yoldaşını və qızlarını itirən Mehmet Kırcanın “Uşaqlarını götürüb getdin, məni tək qoydun” sözləri faciənin ən ağrılı anına çevrilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO