Alen Simonyan özünə toy edir

Alen Simonyan özünə toy edir

Hazırda oxunan: Alen Simonyan özünə toy edir

630677

Bir müddət əvvək üçüncü dəfə nikaha daxil olan Ermənistan parlamentinin keçmiş spikeri Alen Simonyan toy məclisi keçirmək qərarına gəlib.  

Bizim.Media xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb. 

Nəşrin yazdığına görə, toy sentyabrın 5-də keçiriləcək.
 

Məclisə Ermənistanın bütün siyasi elitasının dəvət edildiyi bildirilir. Bununla belə, hazırda Simonyanla münasibətləri soyuq olduğu iddia edilən Ermənistanın Baş naziri Nikol Paşinyanın məclisdə iştirak edib-etməyəcəyi maraq doğurur. 


Qeyd edək ki, 46 yaşlı Simonyanın həyat yoldaşı 26 yaşlı aktrisa-model Aneliya Qubryandır. Cütlük bu ilin fevral ayında nişanlanıblar, iyun ayında isə rəsmi nikaha daxil olublar.

A.Simonyan keçmiş həyat yoldaşı Maryam Marqaryandan ötən il boşanıb. Onların iki övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO