Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə NAMİZƏD ola bilər

Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə NAMİZƏD ola bilər

Hazırda oxunan: Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə NAMİZƏD ola bilər

629117

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ilin aprelində keçirilməsi təklif olunan prezident seçkisində üçüncü dəfə bu posta namizəd ola bilər.

Bizim.Media "T24" portalına istinadən xəbər verir ki, bunu Türkiyə liderinin hüquq məsələləri üzrə baş müşaviri Mehmet Uçum bildirib.

Hüquqşünas izah edib ki, Türkiyədə növbəti ümumi seçkinin 7 may 2028-ci ildə keçirilməsi nəzərdə tutulur.
 

"Bizim təklif etdiyimiz ümumi seçki tarixi - 16 aprel 2028-ci il - siyasi baxımdan "növbədənkənar seçki" deyil. Müvafiq qərar parlament tərəfindən 2028-ci il fevralın 9-dan 15-dək olan dövrdə qəbul edilməlidir", - deyə Uçum bildirib.


Onun sözlərinə görə, qüvvədə olan Konstitusiyaya əsasən, parlament Ərdoğanın ikinci prezidentlik müddəti başa çatmamış "seçkinin yenilənməsi" barədə qərar qəbul edərsə, o, üçüncü dəfə ardıcıl olaraq prezidentliyə namizəd olmaq hüququ qazanacaq.

Uçum qeyd edib ki, hüquqi baxımdan bu, namizədliyin müstəsna qaydada irəli sürülməsi hesab olunur.

Ərdoğan ilk dəfə 2014-cü ildə Türkiyə prezidenti seçilib. 2017-ci ildə ölkədə prezident idarəetmə sisteminin tətbiqini nəzərdə tutan Konstitusiya dəyişiklikləri qəbul edilib və bununla da Ərdoğanın əvvəlki prezidentlik müddətləri sıfırlanıb. O, 2018 və 2023-cü illərdə keçirilən seçkilərdə yenidən dövlət başçısı seçilib. (oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO