Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

Hazırda oxunan: Rusiyanın dron hücumu: ABŞ şirkətinin Kiyevdəki anbarı yararsız hala düşdü

624018

Ötən gecə Rusiya ordusunun Kiyevə endirdiyi növbəti hava zərbələri nəticəsində beynəlxalq tütün nəhəngi olan "Philip Morris" şirkətinə məxsus anbar ciddi zərər görüb.

Bizim.Media xəbər verir ki, bu, genişmiqyaslı müharibə başlayandan bəri ABŞ şirkətinin zərər görən artıq dördüncü obyektidir.

Şirkətdən verilən açıqlamaya görə, hücum zamanı əməkdaşların heç biri xəsarət almayıb. İşçilərin hamısı hava həyəcanı siqnalı verilən andan etibarən dərhal sığınacaqlara təxliyə ediliblər.
 

Anbar kompleksi tamamilə yararsız hala düşüb, orada saxlanılan məhsullar və avadanlıqlar ciddi ziyan görüb. "Philip Morris" şirkəti müharibə dövründə infrastrukturuna edilən hücumlarla dəfələrlə üzləşib. Bu, şirkətin Ukraynadakı aktivlərinə qarşı törədilən sayca dördüncü belə hücumdur.


Müvafiq qurumlar tərəfindən hadisə yerində araşdırmalar davam edir. Şirkət rəhbərliyi zərərin qiymətləndirilməsi və logistika zəncirinin bərpası üçün tədbirlər görməyə başlayıb.

Görünür, bu gün Ankaradakı NATO sammiti və ABŞ-nin İranla bağlı gərgin bəyanatları fonunda, Rusiya da hücumların intensivliyini artırmaqla diqqəti öz üzərinə çəkməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO