Əhməd əl-Şaraa da NATO zirvəsində iştirak üçün Ankaraya GƏLDİ

Əhməd əl-Şaraa da NATO zirvəsində iştirak üçün Ankaraya GƏLDİ

Hazırda oxunan: Əhməd əl-Şaraa da NATO zirvəsində iştirak üçün Ankaraya GƏLDİ

624008

Suriya Prezidenti Əhməd əl-Şaraa 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Türkiyəyə rəsmi səfərə gəlib.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Əhməd əl-Şaraanın bir sıra mühüm görüşlər keçirəcəyi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əməkdaşlıq sazişləri imzalayacağı planlaşdırılır.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın da NATO sammiti çərçivəsində Əhməd əl-Şaraa ilə ikitərəfli görüşü nəzərdə tutulub.

Səfərin əsas məqsədlərindən biri kimi, Suriya liderinin beynəlxalq mövqeyinin gücləndirilməsi və regional təhlükəsizlik, terrorizmlə mübarizə, eləcə də Suriyanın yenidən qurulması prosesinin müzakirəsi göstərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO