İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasiminin tarixi rəsmi Tehran üçün simvolik məna daşıya və ABŞ-la bağlana bilər.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın "CNN" telekanalının hazırladığı xüsusi materialda bildirilir.
Telekanalın analitiklərinin qiymətləndirməsinə görə, vida mərasiminin məhz 4 iyul tarixinə təyin edilməsi təsadüfi görünmür. Bu tarixin seçilməsi Vaşinqtona yönəlmiş simvolik bir mesaj və siyasi siqnal kimi qəbul edilə bilər.
Çünki məhz 4 iyul tarixində ABŞ-da ən mühüm milli bayram — Müstəqillik Günü qeyd olunur.
Üstəlik, cari ildə ABŞ Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illik yubileyini (rərin yarısını) qeyd edir və Ağ Ev rəhbəri Donald Trampın bu münasibətlə xalqa geniş müraciətlə çıxış edəcəyi gözlənilir.
Dəfn mərasiminin İslam təqvimi ilə müqəddəs Məhərrəm ayına təsadüf etməsi hadisəyə əlavə dini-siyasi motivlər qazandırır.
Tehran hakimiyyəti bu amildən daxili auditoriyanı konsolidasiya etmək və regional şiə qruplaşmaları arasında anti-Amerika, anti-İsrail ritorikasını gücləndirmək üçün istifadə edir.
Xatırladaq ki, Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin İran ərazisinə endirdiyi birgə hərbi zərbələr nəticəsində həyatını itirib.
Bizim.Media

- A-
- A
- A+
Region
14:40 / 03.07.2026
“Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”
Hazırda oxunan: “Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”
Hazırda oxunan: “Xamenei ilə vidanın 4 iyulda keçirilməsi təsadüfi deyil”
623069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































