Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və təşkilatın qaydaları "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinə (Zəngəzur dəhlizi – red.) də şamil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.
TASS agentliyi erməni rəsminin fikirlərindən sitat gətirib:
"Hazırda Ermənistan Aİİ-nin üzvüdür və bu ərazidə ittifaqın tranzit qaydaları qüvvədədir".
Nazir müavini layihənin birmənalı olaraq Aİİ qaydaları ilə tənzimlənəcəyini təsdiqləyib.
Bununla belə, o, Rusiyanın bu layihədə mümkün iştirakı barədə suala cavab verməkdən yayınıb və bu barədə hər hansı fərziyyə irəli sürmək istəmədiyini qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Region
16:15 / 01.07.2026
Erməni nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Erməni nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Erməni nazir müavinindən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
622664
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































