İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

Hazırda oxunan: İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

620671

İsveçrədə ABŞ nümayəndələri ilə danışıqlar aparan İran nümayəndə heyəti Donald Tramp görüşlər zamanı səsləndirdiyi təhdid xarakterli bəyanatlara görə üzr istəməyənədək rəsmi danışıqları davam etdirmək niyyətində olmadığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
 

Telekanalın həmçinin bildirdiyinə görə, İran tərəfi hazırda təkcə Livanda hərbi əməliyyatların dayandırılmasını deyil, həm də İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasını tələb edir.


Eyni zamanda, "Al Hadath" telekanalı xəbər verir ki, İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar vasitəçilər vasitəsilə davam edir.

Telekanalın məlumatına görə, İranın rəsmi nümayəndə heyəti otelə qayıdıb, lakin danışıqlar qeyri-rəsmi formatda davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO