ABŞ və İran nümayəndə heyətlərinin təmsilçiləri iyunun 19-da Cenevrədə görüş keçirə bilərlər.
Bizim.Media xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.
"Ehtimal ki, cümə günü İsveçrədə nümayəndə heyətləri rəhbərlərinin görüşü baş tutacaq və saziş imzalanacaq", — deyə o bildirib.
Nazir qeyd edib ki, memorandum imzalandıqdan sonra danışıqların növbəti mərhələsinin ilk raundu keçiriləcək. O, İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd-Baqer Qalibafın rəhbərlik edəcəyini dəqiqləşdirib.
Qeyd edək ki, iyunun 14-də Tramp ABŞ-nin İranla razılıq əldə etdiyini təsdiqləyib. O, Hörmüz boğazının maneəsiz açılmasına və İslam Respublikasına tətbiq edilən dəniz blokadasının dərhal ləğv olunmasına icazə verib.
Danışıqlarda vasitəçi kimi çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiklərini bildirib.
Bizim.Media






































































































