Ermənistanda məhkəmə müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) iki seçki məntəqəsində səsvermənin nəticələri ilə bağlı qaldırdığı iddiaları rədd edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə partiya liderinin mətbuat katibi İveta Tonoyan məlumat yayıb.
İveta Tonoyanın sözlərinə görə, partiyanın məhkəməyə təqdim etdiyi iddialarda sözügedən iki seçki məntəqəsində səsvermənin nəticələrinin tamamilə etibarsız sayılması tələb olunurdu.
Maraqlıdır ki, işə baxan hakim məntəqələrdə qanun pozuntularının baş verdiyini və təkrar səsvermənin təyin edilməsinin zəruriliyini qeyd etsə də, yekunda iddiaları təmin etməyib
Məhkəmənin bu qərarına etiraz olaraq İveta Tonoyan partiya tərəfdarlarına, digər müxalifət nümayəndələrinə, ictimai-siyasi dairələrə və vətəndaşlara çağırış edib.
O, hamını bu gün, iyunun 14-ü saat 17:30-da Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısına toplaşmağa və etiraz aksiyası keçirməyə çağırıb.
Bizim.Media

- A-
- A
- A+
Region
12:26 / 14.06.2026
Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi
Hazırda oxunan: Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi
Hazırda oxunan: Ermənistanda məhkəmə bu partiyanın iddialarını rədd etdi
619206
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































