Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidentinin hələ də seçki nəticələri ilə bağlı təbrik ünvanlamaması barədə jurnalistlərin sualına istehza ilə cavab verib.
Bizim.Media xəbər verir ki, Moskvanın rəsmi reaksiyasının gecikməsinə toxunan Paşinyan qısaca bildirib:
"Putin hələ təbrik etməyib? Ümid edək ki, təbrik edəcək".
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi təbrik məktubu göndərməzdən öncə Kremlin Ermənistandakı seçkilərin yekun nəticələrinin rəsmən elan olunmasını gözləməyə üstünlük verdiyini bəyan etmişdi.
Mətbuat katibi onu da əlavə etmişdi ki, Moskva səsvermə zamanı qeydə alına biləcək mümkün qanun pozuntuları barədə xəbərləri də yaxından izləyir.
Kreml rəsmi təbrik sənədinin dəqiq vaxtını açıqlamır və yekun nəticələrin tam dəqiqləşdirilməsinin vacibliyini vurğulayır.
Bizim.Media

































































































