Sakuryan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm

Sakuryan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm

Hazırda oxunan: Sakuryan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm

614655

Müxalif “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qaqik Sarukyan Baş nazir Nikol Paşinyanın onu və partiyasının deputatlığa namizədi Andranik Tevanyanı “vətən xaini” adlandırmasına cavab verib.

Bizim.Media xəbər verir ki, o, Ermənistan hökumətinin başçısını sübut təqdim etməyə çağırıb.

“Açıq şəkildə deyirəm: əgər bunu sübut etsələr, dərhal həmkarımı (Andranik Tevanyan) güllələyəcəyəm. Əgər sübut edə bilməsələr, yalan danışanlardan cavab və şərəfli addım atmaq tələb olunmalıdır ki, bir insanın adını əsassız şəkildə casusluqla əlaqələndiməsinlər”, - Sarukyan bildirib.

Özü haqda xarici agent olması ilə bağlı ittihama gəlincə, oliqarx qeyd edib:

“Əgər sübut varsa, məni tutub meydanda güllələsinlər. Əgər yoxdursa, şərəfli addım tələb edirəm, ittihamı irəli sürən cəzalandırılmalıdır. Onu güllələyəcəyimizi deməyəcəyəm, qoy gəlib üzr istəsin”. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO